Qubada yol qəzası baş verib, yaralananların son durumu açıqlanıb - YENİLƏNİB

Qubada yol qəzası baş verib, yaralananların son durumu açıqlanıb - YENİLƏNİB
Hadisə 142

Qubada yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 15 nəfərin kimliyi məlum olub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Quba rayon sakinləri olan həmin şəxslər aşağıdakılardır;

1978-ci il təvəllüdlü Ağazadə Arzu Arif qızı,1990-cı il təvəllüdlü Əlisultanov Tural İlham oğlu,1971-ci il təvəllüdlü Hacıyeva Aliyə Böyükağa qızı,2001-ci il təvəllüdlü Paşayev Kamal Mübariz oğlu,1963-cü il təvəllüdlü Yunusova Gülarə Hüsyinbala qızı,2001-ci il təvəllüdlü Kamalov Elmar Məhəmməd oğlu,1979-cu il təvəllüdlü Səfərəliyeva Gülbikə Bayram qızı,1967-ci il təvəllüdlü Məmmədova Pərvanə Sədrəddin qızı,1987-ci il təvəllüdlü Əlisultanova Gülnar Arif qızı,2003-cü il təvəllüdlü Əhmədov Sərxan Ruslan qızı,1962-ci il təvəllüdlü Gülbalayeva Qənilə Xanbala qızı,1957-ci il təvəllüdlü Mirişova Əzimə Həbib qızı,1963-cü il təvəllüdlü Rüstəmova Zenfira Məmmədşah qızı.

Xaçmaz rayon sakinləri;1965-ci il təvəllüdlü Əmrahov Elsevər Davud oğlu,1980-ci il təvəllüdlü Xasiyeva Rəvanə Azadə qızı.

***11:28

Bu gün səhər saat 08:00 radələrində Quba-Xaçmaz yolunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə 12 nəfər (7-si qadın, 5-i kişi olmaqla) müxtəlif bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.

BAKU.WS xəbər verir ki, TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, yaralıların hər birinə zəruri tibbi xidmət göstərilib, hazırda müalicələri tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir.

Qeyd olunub ki, onlardan 6 nəfərin vəziyyəti ağır, digər 6 nəfərin vəziyyəti isə qənaətbəxş olaraq qiymətləndirilir.

Xatırladaq ki, qəza nəticəsində 1957-ci il təvəllüdlü qadının həkiməqədər ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, Qubada baş verən qəza zamanı bir nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər