Qubada yağış yağır, çaylarda su səviyyəsi artıb
16
avq
2026
13:44
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Quba rayonunda yağıntılı hava şəraiti davam edir.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, gecə saatlarından başlayan yağış səhər saatlarına qədər davam edib.
Avqustun 16-na olan son məlumata görə, Qudyal çayında su sərfi saniyədə 8 kubmetr, Qaraçayda 7 kubmetr, Vəlvələçayda 5 kubmetrdir.
Cağacuqçay, Ağçay və Quruçayda isə su sərfi saniyədə 0,5 kubmetr təşkil edir.
Torpağın rütubətliliyi orta səviyyədədir.
Hazırda rayon ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.
Qalereya
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...