Qubada və Şəkidə leysan ciddi fəsadlar törətdi - VİDEO

Qubada və Şəkidə leysan ciddi fəsadlar törətdi - VİDEO
Video
Hadisə 72

Qubada və Şəkidə aramsız yağan yağışlar ciddi fəsadlar törədib.

Quba - Tüləkəran yolunun 4-cü kilometrliyində baş verən torpaq sürüşməsi nəticəsində 6 kəndlə nəqliyyat əlaqəsi tamamilə kəsilib. Ərazidə alternativ yolun açılması və bərpa işləri davam etdirilir.

Rayonun İkinci Nügədi kəndində yerləşən istirahət mərkəzinin yaxınlığındakı göldə isə suyun səviyyəsi artıb. Nəticədə obyektin bir sıra tikililəri və ətraf ərazi su altında qalıb. İnfrastruktura ziyan dəyib və qayıqlar su altında qalıb. Yaranan çətinlik səbəbindən istirahət mərkəzi fəaliyyətini müvəqqəti dayandırıb.

Leysandan Şəki rayonu da zərər görüb. Cunud, Şin, Layısqı və Qumux kəndlərində sel suları evlərə və şəxsi təsərrüfatlara ziyan vurub, körpünü yararsız vəziyyətə salıb.

Hazırda fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər