Qubada qanunsuz kömür quyusu aşkarlanıb
25
noy
2023
15:23
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Quba Rayon Polis Şöbəsi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı qanunsuz yolla istismar edilən kömür quyusu aşkarlanıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, qanunsuz kömür istehsal edən şəxsin rayonun Rustov kənd sakini Hafiz Bayramov olduğu müəyyənləşib. Faktla bağlı protokol tərtib olunub, təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb və aşkar olunan kömür quyusu ləğv olunub.
Oxşar xəbərlər
Lerikdə qanunsuz kömür quyusu aşkarlanıb
Lerikdə qanunsuz kömür quyusu aşkarlanıb. Bu barədə BAKU.WS-ə DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Belə ki, Rayon Polis Şöbəsinin...