Qubada narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayon sakini Vüqar Mahmudov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, həmin şəxsin evinin həyətyanı sahəsində ümumi çəkisi 18,5 kiloqram olan 13 ədəd qanunla əkilib-becərilməsi qadağan olunmuş narkotik xassəli çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq edərək becərdiyi məlum olub.
Bundan başqa həmin yerdən 4 kiloqrama yaxın narkotik tərkibli çətənə bitkisindən kustar üsulla hazırlanmış marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Vüqar Mahmudovun barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Polisdən əməliyyat - Qadınlar narkotiklə saxlanıldı - ANBAAN VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, qaçaqmalç...