Qubada leysan və güclü külək fəsadlar törədib
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 11-dən başlayaraq müşahidə olunan qeyri-sabit hava Qubada bir sıra fəsadlar törədib.
BAKU.WS xəbər verir ki, şəhər ərazisində leysan və güclü külək ağacı kökündən çıxararaq avtomobillərin üzərinə aşırıb.
Rayon mərkəzindən 62 kilometr məsafədə yerləşən Söhüb kəndi sel sularının təsirinə məruz qalıb. Kəndin mərkəzindən keçən Nəzərçayda daşqınlar qeydə alınıb.
Çay üzərindəki körpülərdən biri sel sularının təsirindən yararsız hala düşüb. Yağışın rayonun müxtəlif ərazilərində yaratdığı çətinliklərin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
Ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...