Qubada itkin düşən gəncin meyiti tapıldı: "Ayağı kəsilib, gözləri yoxdur"

Qubada itkin düşən gəncin meyiti tapıldı: Ayağı kəsilib, gözləri yoxdur
Video
Hadisə 496

İyunun 1-də itkin düşən Qubanın Üçgün kənd sakini 23 yaşlı Samir Rüstəmovun meyiti Şabranın Taxtakörpü su anbarında tapılıb.

Doğmaları bildiriblər ki, hadisə gecə saatlarında Quba şəhəri ərazisində baş verib.

İş yoldaşları ilə yeyib-içən Samir kanalın ətrafına gəlib və 3 nəfərin gözü qarşısında suya düşüb.

Dostları onu çıxarmağa çalışsalar da, bunu nail ola bilməyiblər.

"11 gündür hər yerdə axtarırdıq. Tanınmaz vəziyyətdədir. Ayağı kəsilib, gözləri yoxdur", - itkin düşən şəxsin qohumu Məmməd Balabəyov Baku TV-yə açıqlamasında deyib.

Qeyd edək ki, gəncin axtarışı üçün əraziyə dalğıc-xilasediciləri cəlb edilmiş, kanala suyun verilişi dayandırılmışdı.

Həyata keçirilən tədbirlər nəticəsində Samur-Abşeron kanalında batması ehtimal olunan 23 yaşlı Samir Çərkəz oğlu Rüstəmovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Daha ətraflı videomaterialda:

Son xəbərlər