Qubada işlədiyi kafedən oğurluq edən şəxs saxlanılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Qubada işlədiyi kafedən oğurluq edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə rayon ərazisində oğurluq olması barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus obyektən 2580 manat pul və 4 ədəd bank kartının oğurlandığı müəyyən edilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən həmin kafenin işçisi Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Bayraməli İsmayılov saxlanılıb.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.
Qalereya
Oxşar xəbərlər
Qazinin mağazasından 7500 manatlıq telefon oğurlayanlar ələ keçdi - FOTO/VİDEO - YENİLƏNİB
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iki gün əvvəl şəhər ərazisində yerləşən mobil telefon sat...