Qubada iki bacının həlak olduğu avtoqəzada xəsarət alanların SON VƏZİYYƏTİ AÇIQLANDI

Ötən gün Quba rayonunun Qaraçay kəndi ərazisində "Hyundai" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı iki nəfər həyatını itirib, iki nəfər xəsarət alıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, həlak olanlar 1972-ci il təvəllüdlü Ədalət Tofiq qızı Baxışova və onun bacısı 1974-cü il təvəllüdlü Validə Tofiq qızı Dənyarova, xəsarət alanlar isə 1995-ci il təvəllüdlü Taleh Sərkərov və 1970-ci il təvəllüdlü Rahim Baxışov olublar. Onlar ağır vəziyyətdə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyunun 22-də, saat 18:40-da Quba rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə iki nəfər (kişi cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
"1970-ci il təvəllüdlü şəxsə döş qəfəsinin, qarının küt travması diaqnozu təyin edilib və Reanimasiya şöbəsinə yerləşdirilib. 1995-ci il təvəllüdlü şəxsə isə sol bud sümüyünün yuxarı 1/3 hissəsinin yerdəyişmiş sınığı diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilib.
Həmçinin hadisə zamanı iki nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilib.

Oxşar xəbərlər
Gəncədə qanunsuz tikililər sökülüb
Gəncədə qanunsuz tikililər sökülüb. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, şəhərin Ə.N.Gəncəvi küçəsində qanun...
