Qubada yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb

Qubada yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb
Hadisə 57

Quba rayonu Üçkün kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Quba Rayon Mərkəzi Xəstəxanasının təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə çağırış daxil olub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Quba Rayon Mərkəzi Xəstəxanasının ictimayyətlə əlaqələr üzrə məsul şəxsi Aynur Seidova bildirilib.

Onun sözlərinə görə, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb olunub və xəsarət alan üç nəfər (kişi cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

"1985-ci il təvəllüdlü şəxsə bədənin bir neçə nahiyələrinin yumşaq toxumalarının küt travması, 1978-ci il təvəllüdlü şəxsə boyunun və döş qəfəsinin yumşaq toxumalarının küt travması, 1977-ci il təvəllüdlü şəxsə isə göz qapağının və qaşın kəsilmiş açıq yarası diaqnozu təyin olunub. Hazırda Təcili Tibbi Yardım bölməsində müalicələri davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir".

Qeyd edək ki, yol qəzasında bir nəfərin isə hadisə yerində ölüm faktı qeydə alınıb.

***21:05

Quba rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Lexus" markalı minik avtomobili rayonun Üçgün kəndi ərazisində idarəetməni itirərək dərəyə aşıb.

Hadisə nəticəsində sürücü, Xaçmaz rayon sakini 1979-cu il təvəllüdlü Orucov Şamil Zehyeddin oğlu ölüb, onun sərnişinləri - 1985- ci il təvəllüdlü Orucov Faiq Teymur oğlu, 1978-ci il təvəllüdlu Dəmirov Ratiq Rafiq oğlu və 1977-ci il təvəllüdlü Abdullayev Ceyhun Fərhad oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər