Qubada ailənin 8 üzvünün zəhərlənmə iddiası ilə bağlı araşdırma başlayıb
Quba rayonunda məişət şəraitində baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müvafiq qurumlarla birgə araşdırma aparır.
Bu barədə BAKU.WS-ə AQTA-dan məlumat verilib.
Məlumata görə, ilkin araşdırma zamanı məlum olub ki, zərərçəkənlər ad günü tədbiri zamanı ev şəraitində hazırlanan qida məhsullarını istehlak etdikdən sonra özlərini narahat hiss ediblər. Daha sonra müayinə məqsədilə Quba və Qusar rayon mərkəzi xəstəxanalarına müraciət olunub.
"Onlardan nümunələr götürülüb, vəziyyətləri stabildir. Hazırda araşdırmalar davam edir", - qurumdan qeyd olunub.
Agentlik bir daha məişət şəraitində hazırlanan qidaları istehlaka təqdim edərkən saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini bildirir.
Oxşar xəbərlər
Balakəndə sel: 400-dən çox ev su altında qaldı
Balakən rayonunun İtitala kəndində yağan güclü yağışlar sakinləri üçün ciddi çətinliklər yaradıb. Baku TV-nin məlumatına görə, sel suları kəndin bir çox ərazisi...