Quba və Qusar ərazisindən axan bəzi çaylardan sel keçir, Dövlət Xidməti müvafiq tədbirlər görür
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün bölgədə yağan intensiv xarakterli yağışlar nəticəsində Quba və Qusar rayonları ərazisindən axan çaylarda sululuq artıb, bəzi çaylarda isə sel müşahidə olunub.
Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib.
Monitorinqlərin nəticələrinə görə, Vəlvələçayda suyun səviyyəsi 97 sm, Qusarçayda 73 sm, Qudiyalçayda 22 sm, Qaraçayda isə 13 sm artıb.
Sel hadisələri Quba rayonundan axan Quruçay, Ağçay, Qudiyalçay, Vəlvələçay və Karivats çaylarında, Qusar rayonunda Qusarçay, Hilçay, Yasabçay, Mucuqçay, Ləçətçay, Sudurçay və Gündüzqalaçayda, Siyəzən rayonunda Ataçay və Gilgilçayda, Şabran şəhəri ərazisində Dəvəçiçayda, Xaçmaz rayonunda isə Ağçay, Caqacuqçay və Qaraçayda qeydə alınıb.
Hazırda sel davam edir və vəziyyət tam nəzarətdə saxlanılır. Monitorinqlər davam etdirilir, əhalinin təhlükəsizliyi üçün müvafiq tədbirlər görülür.
Oxşar xəbərlər
Məktəbdə yıxılaraq həyatını itirən şagird Salyanda dəfn olundu
Məktəbdə yıxılaraq həyatını itirən şagird dəfn olunub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 7-ci sinif şagirdi G.D. Salyan rayonunun Arbatan kənd qəbirist...