Qonşusunun evindən 45 min dollar oğurladı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranın Veravul kəndində Adil Əzimovun yaşadığı evdən oğurluq edilib.
BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, oğru ev sahibinin 45000 dollar pulunu və 3500 manat dəyərində qızıl zinət əşyalarını oğurlayıb.Zərərçəkən dərhal polisə müraciət edib.
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğrunun kimliyi məlum olub.Evi oğurlanan şəxsin həmkəndlisi, hadisəni törətməkdə təqsirli bilinən qonşusu Fəzli Əhədzadə saxlanılıb.
Oğurlanmış pulun 29000 dolları və qızıl zinət əşyaları gizlədildiyi yerdən aşkar edilib və maddi sübut kimi götürülüb.Fəzli Əhədzadə barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Azərbaycanda qadın evlərindən qızılı oğurlayıb sevgilisinə bağışladı – VİDEO
Qadın öz evindən qızılları götürərək tanışına verib. Sonra isə polisə məlumat verərək oğurlandığını bildirib.BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, Ağcab...