Qonşusunu qətlə yetirən şəxsə ağır cəza verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Anar Salmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Anar Salmanov 17 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2021-ci ilin oktyabrında paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü A.Salmanov yaşadığı evin yaxınlığında şəxsi münasibətlər zəminində qonşusu, 1978-ci il təvəllüdlü Zakir Hüseynovu bıçaqlayaraq öldürüb.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Anar Salmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Oxşar xəbərlər
Arvadını kənddə qonşu kişi ilə tutdu və ... - Azərbaycanda AĞLASIĞMAZ HADİSƏ
Qətl hadisəsi törətməkdə təqsirli bilinən Ağcabədi rayon sakini, 1971-ci il təvəllüdlü Musa Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS “publik...