Qonşusunu öldürən şəxslə bağlı RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
10.12.2020-ci il tarixdə Sabirabad rayon sakini Sakit Nuruşovun qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Sabirabad rayon prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, istintaqla müəyyən edilib ki, zərərçəkmişin qonşusu İftixar Muradov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı atasının gözləri qarşısında çoxsaylı xəsarətlər yetirərək Sakit Nuruşovu qəsdən öldürüb.
İftixar Muradov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Tərtərdə azyaşlını öldürən şəxsin məhkəməsi başlayır
Tərtər rayonunda qətl törətməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Bu barədə BAKU.WS-ə Tərtər Rayon Prokurorluğundan məlumat...