“Qoca”nın arvadı danışdı: Fədayə Laçından qəlbən incimişəm

“Qoca”nın arvadı danışdı: Fədayə Laçından qəlbən incimişəm
Hadisə 1854
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dustaqlar - "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin vaqondan qaçırılmasına görə təqsirləndirilənlər - müğənni Fədayə Laçın, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov, müavinləri Tural Poladxanov və Fuad Hacıyev, taksi sürücüsü Məhəmməd Hacıyev, Günay Atakişiyeva, Aqil Nəcəfov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə, Tərlan Zeynalov, Anar Əsgərovun məhkəməsi keçirilib.BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Azad Məcidovun icraatında olan prosesdə F. Laçının bacısı Telli Ağayeva ifadə verərək deyib ki, bu hadisədən sonra işdən çıxarılıb: "Fədayə məndən açar istədi, dedi bir tanışı qəfəs açacaq, mən də iş yoldaşım Ədalət Zeynalovdan istədim, o tapdı. Bacıma xəbər verdim, onun tanışı gəlib Ədalətdən götürmüşdü. Həmin açar bizə xüsusi imza ataraq verilmirdi, açıq satışda 3-5 manata satılır". "Qoca"nın arvadı Mahizər Almazova deyib ki, Etibarın dostlarını evində qonaq edib: "Mənim bu iş haqda xəbərim olmayıb. "Qoca"nın mənim üçün aldığı qızılları satmışdım, arada pul istəyəndə göndərirdim. Mənə zəng edib dedi məhkəməyə gedəcək, filan qədər iş veriləcək, pul istədi. Sonra Tərlan zəng etdi, pulu ona çatdırdım. Fədayə xanım da Etibarın həbsdən çıxmasını qeyd etdiyimiz məclisdə iştirak edib. Mən də onu xalqın müğənnisi kimi tanıyıb, qonağım kimi qəbul etmişəm. Fədayə xanımla düşmənçiliyim yoxdur, amma ondan qəlbən incimişəm. Başqa heç nə. Etibarın ciyəri xəstə idi, türmədə yatmaqdan olmuşdu, ağzından tez-tez qan gəlirdi. Ona dərman lazım olurdu, mən də pul göndərirdim". Qeyd edək ki, E. Məmmədov qaçdıqdan sonra onun saxlanılması üçün keçirilən əməliyyat zamanı müqavimət göstərdiyi üçün öldürülərək zərərsizləşdirilib, Ə.Ağami isə Şirvan şəhərində saxlanılıb. Digər şəxslər isə onlara kömək etməkdə, Penitensiar Xidmətin vəzifəli şəxsləri isə rüşvət almaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.BAKU.WS

Son xəbərlər