Qobustanda balıq tutan şəxslərin üzərinə torpaq qatı uçub, bir nəfər ölüb

20
avq
2025
10:25
Qobustanda 38 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Rəşad Cəsarət oğlu Əhmədov Qobustan kəndi ərazisində çayda balıq tutarkən yaxınlıqdakı dərəlik ərazidən torpaq qatın qoparaq üzərinə düşməsi nəticəsində hadisə yerində ölüb.
Hadisə zamanı xəsarət alan 1990-cı il təvəllüdlü Niyaməddin Şayəddin oğlu Osmanov isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Ötən il Azərbaycanda pnevmoniyaya yoluxan 400-dən çox şəxs ölüb
Ötən il Azərbaycanda pnevmoniyaya yoluxmada artım müşahidə olunub. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb...
