Qobustanda açıq ərazidə YANĞIN
Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsinin ərazisində qamışlıq və məişət tullantıları olan sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində söndürülüb.
BAKU.WS xəbər verir ki, yanğın nəticəsində 800 kv.m. sahədə qamışlıq və məişət tullantıları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
***17:51
Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində açıq sahədə yanğın baş verib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumat əsasında hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Hadisə ilə bağlı əlavə məlumat veriləcəyi bildirilib.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Şirvan kanalından kişi meyiti tapılıb
Şirvan kanalından kişi meyiti tapılıb. BAKU.WS report-a istinadən xəbər verir ki, meyit İsmayıllı rayonunun Qubaxəlili kəndi ərazisindən keçən hissəsində aşkarl...