Qışın soyuğunda ağcaqanadın tüğyan etdiyi ərazi - Sakinlər şikayət edir

Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi 8 ünvanında kanalizasiya borularında yaranmış problem zirzəminin çirkab sularla dolmasına səbəb olub.
Bu barədə şikayət BAKU.WS-in "qaynar xətti"nə göndərilib.
Şikayətçinin sözlərinə görə, məsələ ilə əlaqədar dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də bir nəticə verməyib:
"Neçə vaxtdır bu vəziyyətdə yaşayırıq. Yalnız gəlib əraziyə baxış keçirib gediblər. Binada isə antisanitar vəziyyət tüğyan edir. İfunətdən evdə oturmaq olmur. Qışın bu soyuğunda ağcaqanad əlindən tərpənə bilmirik".
Hadisə barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) müraciət etdik.
Qurumdan BAKU.WS-ə bildirildi ki, qeyd olunan ünvanda binanın zirzəmisində kanalizasiya borusunda qırılma baş verib. 9 fevral 2025-ci il tarixində sakinlər tərəfindən Yasamal Sukanal İdarəsinə müraciət olunub. İdarə tərəfindən həmin gün qəza aradan qaldırılıb, zirzəmi təmizlənib və problem həll olunub.
Oxşar xəbərlər
Ermənistan vətəndaşlarının ibtidai istintaqa ifadələrinin məhkəmədə elan olunması başa çatıb
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...
