Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi
Yasamal Rayonu İ.Talıblı küçəsinin sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib.
BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə rayon polis idarəsinin 29-cu Polis Şöbəsinə şikayət daxil olub.
Ş.Məmmədovun həyat yoldaşı və qayınatası da həmin şikayətə qoşulub. Onlar bildiriblər ki, Ş.Məmmədovun qardaşı Tural Məmmədov ailədə tez-tez münaqişə yaradır. T.Məmmədovun son olaraq qardaşı arvadının avtomobilinin təkərlərini bıçaqla kəsdiyi qeyd edilib.
Tural Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xuliqanlıq) maddəsi ilə protokol tərtib olunub. Protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə ifadə verən 1994-cü il təvəllüdlü T.Məmmədov qardaşı arvadının avtomobilinə zərər vurduğunu etiraf edib: "Mən 2022-ci ildə avtomobil alqı-satqısı ilə bağlı şirkət yaratmışdım. Adıma avtomobillər çox olmasın deyə nəqliyyat vasitələrini qohumlarımın adına keçirirdim. Təxminən bir ay əvvəl qardaşımdan maşını tələb etdim. O, həmin avtomobili satdığını dedi. Mən də əsəbiləşib onun xanımının avtomobilinin təkərlərini deşdim. Etdiyim hərəkətin səhv olduğunu bilirəm və peşmanam. Səhvim yalnız maşının təkərlərini deşmək olub. Təzəsini alıb qaytaracağam".
Məhkəmə Tural Məmmədovun əməlində xuliqanlıq tərkibinin olmaması qənaətinə gəlib və icraata xitam verib.
Oxşar xəbərlər
Şahbuzdakı ağır qəzada ölənlərin FOTOLARI
Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, Şahbuz rayonunda qeydə alınan hadisə nəticəsində üç nəfər ölü...