"Qırmızı Körpü" gömrük postunda qaçaqmalçılıq cəhdinin qarşısı alındı
Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsinin əməkdaşları gömrük nəzarəti zamanı tibbi ləvazimat və dərman preparatlarının qanunsuz yollarla ölkəyə gətirilməsinin qarşısını alıb.
Komitədən BAKU.WS-ə verilən məlumata görə, "Qırmızı Körpü" gömrük postunda iki ayrı fakt qeydə alınıb.
Aşkar olunan qanunsuz yüklər:
- Gömrük yoxlaması zamanı stasionar rentgen qurğusu vasitəsilə bir nəqliyyat vasitəsinin yük yerində bəyan edilməmiş 10 750 ədəd qan şəkərinin ölçülməsi üçün istifadə olunan test çubuğu aşkar edilib.
- Digər bir nəqliyyat vasitəsinin yoxlanışı zamanı isə gömrük bəyannaməsində göstərilməyən 55 ədəd "Zoladex 3.6 mg" adlı dərman preparatı müəyyən olunub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xalq artisti vəfat etdi - FOTO
Görkəmli bəstəkar, Xalq artisti professor Tofiq Bakıxanov vəfat edib. BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Xalq artistinin ailəsindən məlumat verilib. T...