Qırğızıstan - Tacikistan danışıqları baş tutmadı: Tələfat artır – YENİLƏNİB/VİDEO

Qırğızıstan - Tacikistan danışıqları baş tutmadı: Tələfat artır – YENİLƏNİB/VİDEO
Video
Hadisə 304

Qırğızıstanla Tacikistan arasındakı sərhəd toqquşması səngimək bilmir. Hər iki tərəfdən zərərçəkənlərin sayı isə artmaqda davam edir.

Son məlumatlara görə, 17 nəfərin yaralandığı bildirilib. Zərərçəkənlər arasında güllə yarası alan Tacikistanın İsfar şəhər merinin köməkçisi də var.

Həmçinin, Tacikistanla yanaşı, Qırğızıstan kəndlərində də dinc sakinlər arasında tələfatın olduğu barədə məlumatlar yayılıb.

Tərəflər arasındakı danışıqlar isə qarşılıqlı ittihamlar və hərbi qarşıdurmanın davam etməsi səbəbindən baş tutmayıb.

***

20.59

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Tacikistan və Qırğızıstanı ölkələr arasındakı sərhəddə dərhal atəşi dayandırmağa çağırıb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, artıq Tacikistan-Qırğızıstan sərhədində baş verən atışma nəticəsində bir nəfər ölüb.

"KTMT münaqişənin sülh yolu ilə həlli üçün Tacikistan və Qırğızıstana yardım göstərməyə hazırdır", - baş katib deyib.

Hadisə nəticəsində yaralananların sayı 6 nəfərə çatıb. Xəsarət alanların hamısı Tacikistan vətəndaşıdır.

Xatırladaq ki, Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin (QKNB) Sərhəd Xidmətinin məlumatına görə, iki dövlət arasında insident Batken-İsfana avtomobil yolunun hissələrinin birində, Tort-Koço ərazisində başlayıb. Qırğızıstan tərəfinin əmin etdiyi kimi, vəziyyət Qırğızıstan sərhədçilərinə qarşı Tacikistan tərəfinin silahdan istifadə etməsi səbəbindən daha da pisləşib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər