Qəzaya düşən PFL prezidenti əməliyyat üçün TÜRKİYƏYƏ APARILIR
16
dek
2023
13:09
Bu gün səhər saat 06:30 radələrində Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Bakı şəhər sakini Rəsul Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.
Hadisə nəticəsində Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov ciddi bədən xəsarətləri alıb.
BAKU.WS Bizim.Media-ya istinadən xəbər verir ki, ağır xəsarətlər alan Elxan Səmədov əməliyyat olunması üçün xüsusi təyyarə ilə Türkiyəyə aparılır.
Qeyd edək ki, PFL prezidentinə sağ baldırın yuxarı üçdə birinin böyük ölçülü açıq qəlpəli yerdəyişmiş sınığı, sağ dirsək oynağının oynaqdaxili sınığı diaqnozu qoyulub. Hadisə nəticəsində, ümumilikdə, altı nəfər xəsarət alıb.Oxşar xəbərlər
Ağdamda ağır qəzaya düşən PFL-in daha iki rəsmisi Bakıya çatdırıldı - YENİLƏNİB + VİDEO
Bu gün səhər saatlarında Ağdamda qəzaya düşən PFL-in mətbuat katibi Sənan Abdullayev və qurumun texniki idman direktoru Elgiz Abbasov Bakıya gətiriliblər. BAKU...