Ağdamda ağır qəzaya düşən PFL-in daha iki rəsmisi Bakıya çatdırıldı - YENİLƏNİB + VİDEO

Ağdamda ağır qəzaya düşən PFL-in daha iki rəsmisi Bakıya çatdırıldı - YENİLƏNİB + VİDEO
Video
Hadisə 1

Bu gün səhər saatlarında Ağdamda qəzaya düşən PFL-in mətbuat katibi Sənan Abdullayev və qurumun texniki idman direktoru Elgiz Abbasov Bakıya gətiriliblər.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, onlar da təcili yardım avtomobili ilə “Bona Dea” xəstəxanasına yerləşdiriliblər.

***11:54

Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan 6 nəfər 16.12.2023-cü il tarixində saat 7 radələrindən başlayaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd edilib ki, müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan birinin vəziyyəti kritikdir, ikisinin vəziyyəti ağır, üçünün vəziyyəti isə stabil qiymətləndirilir.

Xəsarət alan şəxslər Bakıda yerləşən özəl tibb müəssisəsinə təxliyə olunublar.

***11:38

Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində “Mercedes” markalı mikroavtobusun yol kənarındakı maneəyə çırpılması nəticəsində xəsarət alanların sayı 6 nəfərə çatıb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, onlar Bakı sakinləri 1984-cü il təvəllüdlü Abdullayev Sənan Məstəli oğlu, 1974-cü il təvəllüdlü Səmədov Elxan Zakir oğlu, 1982-ci il təvəllüdlü Qafarlı Rasim Məmmədrəsul oğlu, 1981-ci il təvəllüdlü Şahgəldiyev Aslan Yadigar oğlu, 1990-cı il təvəllüdlü Abbasov Elgiz Rafiq oğlu, 1981-ci il təvəllüdlü Hacıməhərrəmov Zaur Tahir oğludur.

Xəsarət alan şəxslər Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda xəsarət alan şəxslər Bakıya göndərilir.

Mikroavtobusda qəzaya düşən şəxslərin Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları olduğu bildirilir.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, xəsarət alan Elxan Səmədov PFL-in prezidentidir və onun vəziyyəti ağırdır. E.Səmədov Bakıya gətirilir.

Qeyd edək ki, mikroavtobus Ağdam-Xankəndi istiqamətində hərəkətdə olub.

Son xəbərlər