Qəzaya düşən FHN sürücüsü öldü - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Dörd gün əvvəl Oğuz rayonunda baş vermiş ağır qəzada xəsarət alan rayonun Sincan kənd sakini Aslan Umarov vəfat edib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, A.Umarov dünən Şəki Rayon Mərkəzi Xəstəxanasında vəfat edib. O, Fövqəladə Hallar Nazirliyinin Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsində sürücü vəzifəsində çalışırmış.
Qeyd edək ki, hadisə vaxtı Aslan Umarovun idarə etdiyi "VAZ-21074" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə A.Umarov və sərnişini müxtəlif dərəcəli xəsarətlər alıb.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Oğuzda avtomobil ağaca çırpılıb: Xəsarət alanlar var - FOTO
Oğuzun Sincan kəndində "VAZ-2107" markalı avtomobil ağaca çırpılıb. BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə nəticəsində avtomobilin sürücüsü, Umarov A...