Qəzalı binanın sakinləri: Hər an gözləyirik ki, indi harasa uçacaq - FOTO
08
avq
2019
11:14
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhəri Yasamal rayonu Nizami 13 küçəsinin bir qrup sakinı redaksiyamıza şikayət ünvanlayıb.BAKU.WS xəbər verir ki, Bakı şəhəri İcra Hakimiyyətinin təşəbbüsü ilə qeyd olunan binanın fasad hissəsində restavrasiya işləri aparılır. Təmir-bərpa işləri iki həftədir ki, davam edir və bu da öz növbəsində sakinlərin narazılığına səbəb olur."Bərpa işləri ilə bağlı bizə heç kim xəbərdarlıq etmədi, artıq iki həftədir ki, biz toz-duman içərisindəyik və bu havanı uduruq. Həyətə belə çıxa bilmirik. Qapı-pəncərələri aça bilmirik. Zirzəmini su basıb. Tikinti işləri başlayandan siçovullar, gəmiricilər həyətə, evlərə daraşıb. Axıdılan su isə binanın fundamentini yuyub aparır”,- deyə sakinlər qeyd edib.Qəzalı binanın sakinləri şikayətlərinə daha sonra bunları əlavə edib: ”Bina 1901-ci ildə tikildiyindən və baxımsızlıq səbəbindən çox qəzalı vəziyyətdədir. Divarlardakı suvaqlar qopur, tavandan qum tökülür. Nəticədə divar və tavanda boyük dəliklər əmələ gəlib. Hər günümüz təhlükəlidir. Hər an gözləyirik ki, indi harasa uçacaq. Artıq bir neçə qurumlara müraciət etmişik. Bizə kömək edin”.
Qalereya
Oxşar xəbərlər
Prezidentin tapşırığı ilə Bakıda 17 bina sakinləri köçürülür - Eldar Əzizov hadisə yerində
Ölkə başçısı İlham Əliyevin tapşırıqları və Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən Bakı şəhərinin rayonlarında kəskin qəzalı vəziyyətdə olan, bərpa-güclən...