Qəzada xəsarət alanları aparan təcili yardım maşını da qəzaya düşüb - YENİLƏNİB - FOTO

Qəzada xəsarət alanları aparan təcili yardım maşını da qəzaya düşüb - YENİLƏNİB - FOTO
Foto
Hadisə 0

Ağstafada baş verən yol qəzasında 6 nəfər xəsarət alıb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, xəsarət alanlar 1989-cu il təvəllüdlü Məhərrəmova Şəhla Vilayət qızı, 1961-ci il təvəllüdlü Məmmədova Sülhiyyə Camal qızı, 1984-cü il təvəllüdlü Məmmədov Nəbi Cümşüd oğlu, 2013-cü il təvəllüdlü Məmmədov Cümşüd Nəbi oğlu, 2016-cı il təvəllüdlü Məmmədov Tunar Nəbi oğlu, 1982-ci il təvəllüdlü Nəsibov Vüsal Yusif oğludur.

Qeyd edək ki, əvvəlcə "VAZ 2106" ilə "Toyota Camry" markalı avtomobillər toqquşub və 6 nəfər xəsarət alıb. Xəsarət alanları xəstəxanaya aparan "QAZel" markalı təcili tibbi yardım avtomobili isə "Opel" markalı minik maşını ilə toqquşub.

***16:57

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Göycəli kəndində qeydə alınıb. Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alıb. Xəsarət alanları xəstəxanaya aparan təcili tibbi yardım avtomobili Ağstafa şəhərin Bayraq Meydanının qarşısında qəzaya düşüb. Xəsarət alanlar başqa təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər