Qəzada həyatını itirən 16 yaşlı Aylanın FOTOSU

Məlum olduğu kimi, mayın 13-də Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində baş verən yol qəzasında 2007-ci il təvəllüdlü Ayla Osman qızı Əliyeva həyatını itirib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Ayla Bakı şəhər 263 saylı orta məktəbin 10-cu sinif şagirdi imiş.
Hadisə vaxtı Aylanın anası Vəfa Əliyeva sürdüyü "Hyundai Sonata" markalı avtomobilin idarəetməsini itirərək qarşıda gedən TIR-a çırpıb. Nəticədə 16 yaşlı Ayla hadisə yerində həyatını itirib.
İlkin ehtimala görə, qəza V.Əliyevanın diqqətinin yayınması səbəbindən baş verib.
Qalereya
Oxşar xəbərlər
Mobil telefon can aldı: Qadının törətdiyi və qızının ölümünə səbəb olduğu qəza - ANBAAN VİDEO
Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. BAKU.WS oxu.az...
