“BakuBus”ın qəzadan sonra hadisə yerindən yayınması ilə bağlı AÇIQLAMA – YENİLƏNİB/ VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda “BakuBus” avtobusunun qəza törətməsi ilə bağlı şirkətdən açıqlama verilib.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, 17 iyun tarixində saat 11:20 radələrində İnşaatçılar prospektində 3 nömrəli xətt üzrə Dövlət Qeydiyyat Nişanı 99 JU 864 olan avtobusun iştirakı ilə yüngül yol nəqliyyat hadisəsi baş verdiyi bildirilib:
“Hadisə yol ayrıcında baş verdiyindən avtobusun sürücücü hərəkətin təhlükəzliyi üçün bir qədər irəlidə saxlayaraq qəza barədə DYP-yə və sığorta şirkətinə məlumat verib. Qəza barədə Bakı Nəqliyyat Agentliyinin Mərkəzi Dispetçer Xidməti də məlumatlandırılıb”.
Həmçinin bildirilib ki, “BakuBus” avtobusları Bakı Nəqliyyat Agentliyinin Mərkəzi Dispetçer Xidmətinə inteqrasiya olunaraq daimi müşahidə altındadır.
***
18:35
“BakuBus”a məxsus sərnişin avtobusu paytaxtın küçələrinin birində qəza törədib.
Sərnişin avtobusu hərəkətdə olarkən digər minik avtomobillərindən birinin ön hissəsini əzib.
Hadisədən sonra sözügedən avtobus saxlamayaraq, yoluna davam edib.
Oxşar xəbərlər
“Beynəlxalq Sığorta Şirkəti” Ali Məhkəmənin qərarını saymır? - MÜRACİƏT
Qarabağ müharibəsi veteranı İsgəndər Bəhman oğlu Qasımov mətbuata “Beynəlxalq Sığorta Şirkəti” ASC ilə bağlı mətbuata müraciət ünvanlayıb. BAKU.WS “ölkə.az”a is...