Qəza olub - Şəhərin bir hissəsi susuz qalıb
Yeniliklərdən dərhal xəbərdar olun
Magistral xətdə baş verən qəza Sumqayıtın bir hissəsini susuz qoyub.
BAKU.WS "report"a istinadən xəbər verir ki, Ceyranbatan su anbarında Sumqayıt şəhərinə gələn 600 mm-lik magistral su xəttinin Yaşıldərə yaşayış massivindən keçən hissəsində qəza baş verib.
Qəza ilə əlaqədar Sumqayıt şəhərində 1-ci mikrorayonun bir hissəsi, 2, 4, 5, 6, 11, 12, 13, 17-ci mikrorayonlarda, 5, 9, 34 və 45-ci məhəllələrə verilən içməli suyun verilişi dayandırılıb.
Sumqayıt Sukanal İdarəsindən bildirilib ki, qəza aradan qaldırıldıqdan sonra suyun verilişi bərpa ediləcək.
Oxşar xəbərlər
Bu rayonun bəzi hissələrində içməli su gəlmir - FOTO
Göygöl şəhərinin bəzi hissələrində içməli suyun verilməsində problemlər yaranıb. BAKU.WS xəbər verir ki, bu barədə report-a bir neçə Göygöl şəhər sakini məlumat...