Qəza keçirən Haluk Levent: "Kəmərimi taxmamışdım" - FOTO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Kahramanmaraşın Pazarcık bölgəsinə yardım apararkən yolda qəzaya düşən müğənni Haluk Levent açıqlama verib.
BAKU.WS xəbər verir ki, sənətçi tvitter hesabında qəzanın baş vermə anından yazaraq səhhətinin yaxşı olduğunu deyib:
"Pazarcık ətrafındakı yolda sürətimizi artırdıq. Üzr istəyərək yazıram. Kəmər taxmamışdım deyə başım iki dəfə maşının yuxarı hissəsinə dəydi. Əzələlərim zədələnib. Amma işləyə biləcək vəziyyətdəyəm. 1 saata qədər işimə başlayacam. Hamıya təşəkkür edirəm. Həqiqətən yaxşıyam".
***15:03
Zəlzələ bölgəsindəki məşhur müğənni Haluk Levent bədbəxt hadisə ilə üzləşib.
BAKU.WS xəbər verir ki, sənətçi Hataydan Pazarcık bölgəsinə gedərkən yolda qəza keçirib.
Ətrafdakıların müdaxiləsi ilə dərhal xəstəxanaya aparılan Leventin boynuna boyunluq qoyulub.
Hazırda onun səhhətinin yaxşı olduğu bildirilir.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...