Qeyri-rəsmi nikahda yaşadığı 16 yaşlı Nuranəni öldürüb çaya atdı
Gənc oğlanın həyat yoldaşını öldürərək çaya atdığı iddia olunur.
BAKU.WS xəbər verir ki, qətl hadisəsi Sabirabad rayonunun Güdəcühür kəndində qeydə alınıb.
Kənd sakini, 21 yaşlı seyidrəsul talıbzadə aralarında yaranmış münaqişə zəminində, qeyri-rəsmi nikahda olduğu, şirvan şəhər sakini, 16 yaşlı Nuranəni qətlə yetirməkdə şübhəli bilinir. Məlumata görə, o, daha sonra meyiti kəndin ərazisində kür çayına atıb. Aparılan axtarışlardan sonra meyit tapılıb və aidiyyəti üzrə təhvil verilib.
Hadisə oğlanın yaxınlarını da şoka salıb. Onlar da qətlin necə baş verdiyini hələki bilmədiklərini deyirlər. maraqlısı budur ki, Seyidrəsulun həmin qızla necə ailə qurması da heç kimə məlum deyil.
Oxşar xəbərlər
Səhv məlumata görə ər-arvad evində öldürüldü - Şabranda baş verən qətlin TƏFƏRRÜATI
Ötən ilin yayında Şabranda evə basqın edən şəxslərin ər-arvad Arif Hüseynov və Gülnarə Hüseynovanı qətlə yetirməsi gündəm olmuşdu. Hadisəyə görə şübhəli şəxs ki...