Qətl törətdiyinə görə ağır cəzalandırılan əlil şəxsin hökmü dəyişdirilmədi

Bakıda qohumunu qətlə yetirməkdə təqsirləndirilən görmə məhdudiyyətli Qulu Abbasovun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı yekun qərar Bakı Apellyasiya Məhkəməsində qəbul olunub.
Təqsirləndirilən onun haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə keçirilən yekun prosesdə 15 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərardan apellyasiya şikayəti versə də, bu məhkəmə birinci instansiyanın qərarını qüvvədə saxlayıb.
Qeyd edək ki, hadisə ötən ilin iyununda Qaradağ rayonunun ərazisində baş verib.
Qulu Abbasov qohumu Xanlar Əmirovu, onu təhqir etdiyi üçün bıçaqla qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb. Onun barəsində cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror Qulu Abbasovun 17 il azadlıqdan məhrum olunmasını təklif etsə də, məhkəmə onu 15 il azadlıqdan məhrum edib.
Oxşar xəbərlər
Xocalıda yanğınlar davam edir
Xocalıda otlaq sahəsində yanğınlar davam edir. Bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb. Qeyd edək ki, avqustun 4-də Xocalı rayonunun Xanyurdu kəndi əraz...