Qərargah rəisi azadlığa buraxılmadı, amma cəzası azaldı
Yeniliklərdən dərhal xəbərdar olun
Rüşvət alma ittihamı ilə 4 illik məhkum edilmiş "N" saylı hərbi hissənin qərargah rəisi Vüsal Əliyevin kassasiya şikayətinə baxılıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Ali Məhkəmə məhkum zabitin şikayətini qismən təmin edib.
Hakimlər V.Əliyevin azadlığa buraxılmasını uyğun hesab etməyib. Qərara əsasən, onun cəzası 6 ay azaldılıb.
Məhkumun cəzaçəkmə müddəti 2023-cü ilin aprelindən hesablanır.
Xatırladaq ki, kapitan Vüsal Əliyev təkrar rüşvət almaqda təqsirli bilinib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə ona sanksiya həddindən aşağı - 4 il azadlıqdan məhrumetmə cəzası verilib.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...