Qəbirlərdən qızıl dişlər oğurlayan şəxs saxlanılıb

24
apr
2025
15:40
Qəbirlərdən qızıl dişlər oğurlayan şəxs saxlanılıb.
BAKU.WS xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində yerləşən qəbiristanlıqların birində qəbirləri talayan 39 yaşlı Elvin Abbasov saxlanılıb.
Qəbiristanlıqda çalışan E.Abbasov qəbirləri qazaraq qızıl dişləri oğurlamaqda şübhəli bilinir. O, daha sonra oğurladığı qızıl dişləri paytaxtda yerləşən mağazalardan birinə sataraq maddi qazanc əldə edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Oxşar xəbərlər
Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib
Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, Goranboy rayonunun Borsunlu kənd sakini 2001-ci il təvəllüdlü Elmar...