Qəbiristanlıqda ölülərin qızıl dişləri oğurlandı
Vəfat etmiş insanların qızıl dişlərini sökməkdə təqsirləndirilən şəxs barəsində məhkəmə hökmü elan edilib.
BAKU.WS Qaynarinfo.az-a istinadla xəbər verir ki, Yasamal qəbiristanlığında fəhlə kimi çalışan sözügedən şəxs dəfn prosesindən öncə meyitlərin üzərindəki qızıl dişləri çıxarıb götürürmüş.
Sözügedən qanunsuz əməli dəfələrlə təkrarlayan təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 245-ci maddələri üzrə mühakimə edilib. Məhkəmənin qərarı ilə ona iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.
Məhkəmə prosesində təqsirləndirilən şəxs irəli sürülən ittihamlar üzrə özünü təqsirli bildiyini etiraf edib və bu əməli maddi çətinliklər səbəbindən törətdiyini bildirib.
Cinayət işi çərçivəsində iki vətəndaş zərərçəkmiş qismində tanınıb. Hesablamalara görə, onlara dəymiş ümumi maddi ziyan 1 370 manat təşkil edib.
Oxşar xəbərlər
Milli Qəhrəmanın qızı dələduzluqla üzləşdi - Sosial təminat vədləri verən Mina Muradova kimdir?
Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin övladı dələduzluqla üzləşib. BAKU.WS Musavat.com-a istinadla xəbər verir ki, özünü Tibbi-Sosial Ekspert Komissiyas...