Qəbiristanlıqda əylənən beş yeniyetmə polis bölməsinə aparıldı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Qəbiristanlıqda video çəkərək əylənən beş nəfər müəyyən olunub.
BAKU.WS xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı bildirib ki, Suraxanı rayonunda yerləşən qəbiristanlıqlardan birində çəkilərək sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb:
“Videonu lentə alan və orada olan beş nəfər yetkinlik yaşına çatmayan şəxs müəyyən olunaraq valideynlərinin iştirakı ilə polis bölməsinə gətiriliblər. Əməli törədənlərin valideynləri ilə profilaktik söhbətlər aparılıb və övladları üzərində nəzarəti daha gücləndirməyin vacib olduğu diqqətə çatdırılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir”. //Oxu.az
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...