Qəbələnin Solquca kəndindəki yanğın söndürülüb - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Qəbələ rayonunun Solquca kəndi yaxınlığında açıq ərazidə 3 ha sahədə kol-kos və quru ot yanıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***18:20
Qəbələ rayonunda dağlıq-meşəlik ərazidə yanğın başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, yanğın hadisəsi Qəbələ rayonunun Solquca kəndi yaxınlığında, dağlıq-meşəlik ərazidə qeydə alınıb.
Əraziyə Fövqaladə Hallar Nazirliyinin Qəbələ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.
Hazırda yanğın davam edir.
Oxşar xəbərlər
Xızıdakı yanğının təfərrüatları açıqlanıb - YENİLƏNİB-4
Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın nəticəsində təxminən 60 hektar sahədə quru ot və kol-kos yanıb. Bu barədə BA...