Qəbələdə yeznə və qayının öldüyü qəzanın detalları

Mayın 15-nə keçən gecə Qəbələ rayonunda yeznə və qayının ölümü, daha 5 nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzasının təfərrüatı məlum olub.
BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, “VAZ 2106” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində vəfat edən 1978-ci il təvəllüdlü Cuma Mirzəliyev həmin vaxt toydan çıxıb evə gedirmiş. Belə ki, həmin şəxs toydan sonra yaşadığı Böyük Əmili kəndində işlətdiyi mağazaya gedərək qapını qıfıllayıb. O, daha sonra kənddə qaynı Afiq Məmmədovun ofisiant işlədiyi kafeyə gedib və sərxoş halda olduğunu deyərək Afiqdən onu maşınla evə aparmasını xahiş edib.
Bundan sonra yeznə və qayın A.Məmmədovun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Bakı-İsmayıllı-Şəki magistral yolunu keçərək evə getmək istəyiblər. Dönmə əməliyyatını həyata keçirərkən onların avtomobili ilə magistralda hərəkətdə olan “Opel” toqquşub. Nəticədə Cuma Mirzəliyevlə Afiq Məmmədov aldıqları xəsarətlərdən hadisə yerində ölüb. "Opelin sürücüsü, onun anası, həyat yoldaşı və iki övladı isə xəsarət alıb. Onlardan ikisi xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
“Qayınatam yanıma uzanıb dedi ki...” - Dəhşətli qətlin təfərrüatları – FOTO
2020-ci il avqustun 31-də Biləcəri qəsəbəsində 1967-ci il təvəllüdlü Xalıq Bağırovun qətlə yetirilməsi barədə 6-cı Polis Bölməsindən Binəqədi rayon prokurorluğu...
