Qəbələdə uşaqları hədiyyələrlə aldadıb, xristian ədəbiyyatı yayırlar? - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Qəbələ rayonunda uşaqları hədiyyələrlə aldadıb, xristian ədəbiyyatı yaymağa cəhd edilib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Belə ki, rayonun Xırxatala kəndinə biri amerikalı, digərləri azərbaycanlılar olan turist qrupu gəlib. Onlar camaata deyiblər ki, kiçikyaşlı uşaqları toplayın, amerikalı qonaq uşaqlara hədiyyə gətirib. Oraya 20-30 uşaq toplanıb.
“Qonaqlar” onlara xristianlığın qaydalarından suallar verməyə başlayıblar, xristian ədəbiyyatı yaymağa çalışıblar. Kənddə dəfndən məscidə dönən kənd mollası təsadüfən oraya gəlib çıxıb və yad adamların missionerlik fəaliyyətinə imkan verməyib. Əlacsız qalan “qonaqlar” pərt olsalar da, özlərini sındırmayaraq, nəcib insanlar olduqlarını sübut etmək üçün uşaqlara hədiyyə (dəftər, qələm, oyuncaq) verərək maşınlara minib kəndi tərk ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə səsləndirilən iddialardan məlumatlıdırlar, araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda sevgi faciəsi: Bütün kənd onu öldürməyə yığışmışdı - əmisi gəlinini... - FOTO
2018-ci il oktyabrın 22-də Daxili İşlər Nazirliyinin "102" xidmətinə Qubanın Tülər kəndi ərazisində üzərində xəsarətləri olan kişi meyitinin tapılması barədə mə...