Qəbələdə QƏZA: Sürücü öldü, sərnişin xəsarət aldı - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ rayonunun Böyük Əmili kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Nazirlikdən verilən məlumata görə, FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri köməyə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Ford" markalı yük avtomobili və "ВАЗ" markalı minik avtomobili toqquşub, 1 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***12:27
Qəbələdə yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, oktyabrın 27-də saat 08:00-da Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində VAZ-2115 markalı avtomobil yolun kənarında dayanan "Ford" markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində VAZ-ın sürücüsü, 1988-ci il təvəllüdlü Kamil Ağaquluyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sərnişin, 35 yaşlı Rusif Kərimov isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...