Qəbələdə iki avtomobil toqquşub, xəsarət alanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Qəbələdə iki avtomobil toqquşub, xəsarət alanlar var.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Nohurqışlaq kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1956-cı il təvəllüdlü Əliağa Mirzalıyevin idarə etdiyi "VAZ-2106" və 1962-ci il təvəllüdlü Adil Məmmədovun idarə etdiyi "Opel" markalı avtomobil toqquşub.
Nəticədə "Opel"də olan sərnişinlər 1965-ci il təvəllüdlü Xariqə Məmmədova, 1999-cu il təvəllüdlü Nurtəkin Məmmədli və 1992-ci il təvəllüdlü Aytəkin Məmmədova xəsarət alıblar.
Yaralılar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...