Qəbələdə göldə bir nəfər batıb
Yeniliklərdən dərhal xəbərdar olun
Qəbələdə göldə batdığı ehtimal olunan şəxsin paltarları tapılıb.
APA xəbər verir ki, Nohurqışlaq kəndi ərazisində yerləşən Nohur göl su anbarında batdığı ehtimal olunan şəxsin telefonu, şəxsiyyət vəsiqəsi və paltarları gölün kənarda aşkar edilib.
Daxil olmuş məlumatla əlaqədar polis əməkdaşları, eləcə də FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin xilasediciləri axtarışlara cəlb olunublar.
***14:44
Qəbələdə göldə bir nəfər batıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nohurqışlaq kəndində göldə 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...