Qəbələdə ana və qızı bıçaqlanıb, qadın saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Qəbələdə bıçaqlanma hadisəsi baş verib.
APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında qeydə alınıb. Rayon sakini, 1980-ci il təvəllüdlü Tahirova Elnarə Səfiyyədin qızı və onun 17 yaşlı qızı kəsilmiş-deşilmiş xəsarətlərlə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onlar reanimasiya şöbəsinə yerləşdiriliblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə ana və qızına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən rayon sakini Salatın Əhmədiyyəzadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda ər arvadını öldürüb intihara cəhd etdi: "xalası oğlu" sevgilisi çıxdı - FOTO
2021-ci il iyulun 8-də Xəzər rayonu Binə qəsəbəsi Sovxoz adlanan ərazidə 1980-ci il təvəllüdlü Yadigar Cəfərov qeyri-rəsmi münasibətdə olan arvadı Elnarə Musaye...