Qəbələdə 11-ci sinif şagirdi cinayət törətdi - Anasına əxlaqsız deyən qonşusunu bıçaqladı

Qəbələdə 11-ci sinif şagirdi qonşusunu bıçaqlayıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Həmzəli kəndində baş verib.
Kənd sakini, 2008-ci il təvəllüdlü Əbülfət Məmmədov (soyad şərtidir) kənd sakinlərindən məlumat alıb ki, qonşuları Zamiq adlı şəxs onun xəstəxanada işləyən anasının əxlaqsız olduğu barədə məlumat yayır. O, bu barədə bir neçə dəfə danışsa da, Zamiq heç kimə məlumat vermədiyini bildirib.
Hadisədən bir neçə gün sonra Əbülfətin ailə üzvləri kənd ərazisindəki torpaq sahəsini satışa çıxarıb və sahəni almaq üçün hərbi geyimli müştəri onlara gəlib. Ailə ilə alıcı torpaq sahəsi barədə razılıq əldə edib və hərbçi evinə gedib. Məlum olub ki, məsələdən xəbər tutan Zamiq hərbçini izləyərək kəndin kənarında ona yaxınlaşıb və həmin torpağı almamağı məsləhət görüb. O hərbçiyə bildirib ki, həmin ailə əxlaqsızdır. Nəticədə hərbçi torpaq sahəsini almaqdan vaz keçib.
Bu barədə məlumat alan Əbülfət yenidən Zamiqə zəng vuraraq, onu söhbətə çağırıb. Zamiq şəxsi avtomobili ilə Əbülfətin yanına gəlib, onu avtomobilinə mindirərək kəndin kənarına aparıb. Onlar həmin ərazidə yenidən mübahisə etməyə başlayıblar. Bu vaxt Əbülfət cibində gətirdiyi bıçaqla Zamiqə zərbə endirib. Zamiq avtomobilinə əyləşərək hadisə yerindən qaçıb və bu barədə polislərə məlumat verib. Polis əməkdaşları yaralını xəstəxanaya yerləşdirib və faktla bağlı cinayət işi başlanıb.
Şəki Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə yeniyetməyə üç il azadlıqdan məhrumetmə cəzası təyin edilsə də, məhkəmə onun yeniyetmə olduğunu və ilk cinayət törətdiyini nəzərə alaraq cəzasını şərti hesab edib.
Oxşar xəbərlər
Azərbaycanda bələdiyyə sədri bu səbəbdən yaxın qohumunu məsuliyyətə cəlb elətdirdi
Masallı rayonunda maraqlı hadisə baş verib. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, rayonun Kolatan bələdiyyəsinin sədri yaxın qohumunu qanunsuz ağac kəsməyə...
