Qazaxıstanın yaratdığı komissiya təyyarənin qəzaya düşdüyü yerdə işə başlayıb

25
dek
2024
17:34
Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayevin başçılıq etdiyi hökumət komissiyası Aktauya gəlib və qəza yerinə yola düşür.
BAKU.WS report-a istinadən xəbər verir ki, K.Bozumbayev daha sonra xəstəxanada yaralılara baş çəkəcək, xarici həmkarlarla görüşəcək, eləcə də qərargahın iclasını keçirəcək.
Qeyd olunur ki, Fövqəladə Hallar Nazirliyinin bütün xidmətləri, kriminalist ekspertlər və prokurorluq orqanları fövqəladə vəziyyət rejimində işləyir.
Komissiya Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə yaradılıb.
Oxşar xəbərlər
Lənkəranda ferma yanıb
Lənkəranda iş adamına məxsus ferma yanıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, yanğın hadisəsi rayonun İstisu qəsəbəsində tanınmış fermer təsərrüfatında...