Qazaxıstanda kütləvi dava - 50 azərbaycanlı döyülüb - VİDEO

Ötən gün Qazaxıstanda kütləvi dava baş verib.
BAKU.WS eksklüziv olaraq xəbər verir ki, dava zamanı bir qrup azərbaycanlı da döyülüb.Hadisə fevralın 23-də Qazaxıstanın Atırau şəhərində qeydə alınıb.
Həmin şəhərə işləməyə gedən azərbaycanlılar bir qrup şəxsin hücumuna məruz qalıblar.
Qazaxlılar içkili halda azərbaycanlıların üstünə hücum çəkiblər. Dava zamanı bıçaq və digər kəsici alətlərdən də istifadə ediblər.
Hadisə yerinə polislər gəliblər və 103 nəfəri tutublar. Saxlanma təcridxanasında da polislər azərbaycanlıları dindiriblər. Dindirilmə zamanı onlara təzyiq göstəriblər.
Səbəb də, azərbaycanlıların işlədiyi tikinti şirkətilə polis idarəsinin rəisi arasında yaranmış münaqişə olub.
Həmin davada iştirak edən azərbaycanlılar əslən Cəlilabad, Sabirabad, Masallı rayonlarından olub. Ümumilikdə 50 nəfər azərbaycanlı olub. Onlardan başqa, özbək və türklər də davada iştirak edib.
Oxşar xəbərlər
Azərbaycanlı cüdoçular donmaqdan son anda xilas edildilər
Azərbaycanın yeniyetmələrdən ibarət cüdo komandası Qazaxıstan çöllərində donma təhlükəsi keçirib. BAKU.WS “virtualaz.org”a istinadən xəbər verir ki, Qazaxıstan...