Qazaxıstan Nəqliyyat Nazirliyi: AZAL təyyarəsinin "qara qutu"ları mütəxəssislər tərəfindən tədqiq edilir

Qazaxıstan Nəqliyyat Nazirliyi: AZAL təyyarəsinin qara qutuları mütəxəssislər tərəfindən tədqiq edilir
Hadisə 141

Qazaxıstan Nəqliyyat və Kommunikasiya Nazirliyi Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsinin "qara qutu"larının Qazaxıstana çatdırıldığını təsdiqləyib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən bildirilib.

"Braziliyadan Qazaxıstana gətirilən "qara qutu"ların deşifrə edilmiş məlumatları araşdırma komissiyasının mütəxəssisləri tərəfindən öyrənilir", - nazirlikdən bildirilib.

Əlavə edilib ki, bütün materialların və faktların ətraflı öyrənilməsindən sonra komissiya araşdırmanın gedişi barədə ilkin hesabat dərc edəcək.

Xatırladaq ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları"nın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

İlkin məlumata görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Oxşar xəbərlər

DİN bayram günü 41 nəfəri saxlayıb

DİN bayram günü 41 nəfəri saxlayıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, martın 20-də ölk...

41 Hadisə 11:33 21 mart 2026

Son xəbərlər