Qazaxıstan Baş nazirinin müavini: AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı təhqiqat yekunlaşmaq üzrədir
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxıstan Nəqliyyat Nazirliyinin 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında "Azerbaijan Airlines" məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırması yekunlaşmaq üzrədir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev jurnalistlərə bildirib.
"Hadisənin cinayət hissəsi ilə Baş Prokurorluq, aviasiya insidentinin texniki araşdırması isə Nəqliyyat Nazirliyi məşğul olur. Nəqliyyat Nazirliyi artıq (öz araşdırmasının - red.) son mərhələsinə yaxınlaşıb. Hazırda mütəxəssislər xarici lisenziyalaşdırma qurumlarından - texnologiya və avadanlıqların, o cümlədən aeronaviqasiya sistemlərinin sahiblərindən rəy gözləyirlər. Bu sənədlər alındıqdan sonra nazirlik araşdırmanın öz hissəsini ya bu ilin sonuna qədər ya da gələn ilin əvvəlində tamamlamağa hazırdır", - K.Bozumbayev qeyd edib.
Oxşar xəbərlər
"Pərviz Abubəkirovun ali təhsili yoxdur, diplomu saxtadır" - Qənirə Ataşovadan həmkarına sərt ittihamlar
"Azərbaycan səhiyyəsi daha bir diplomsuz rəhbərdən xilas oldu. Pərviz Abubəkirov uzun illər tutduğu Səhiyyə Nazirliyinin mətbuat katibi vəzifəsindən ayrıldı. Bu...