Qazaxda yük maşını qatarla TOQQUŞDU: Xəsarət alanlar var

Qazaxda yük maşını qatarla TOQQUŞDU: Xəsarət alanlar var
Hadisə 22

Qazaxda yük maşını qatarla toqquşub.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Hərəkətdə olan "Ford" markalı yük maşını qatara çırpılıb.

Nəticədə, "Ford"un sürücüsü, 1978-ci il təvəllüdlü Tovuz rayon sakini Ə.Şirinov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Həmçinin xəsarət alan daha 2 nəfər (kişi cinsli) Qazax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Hər birinə ilkin zəruri tibbi xidmət göstərilib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərin müalicəsi xəstəxananın Cərrahiyyə və Təcili tibbi yardım şöbələrində davam etdirilir.

Xəsarət alanlardan 1 nəfərin vəziyyəti ağır, 1 nəfərin vəziyyəti orta ağır, 1 nəfərin isə vəziyyəti stabil qiymətləndirilir.

Son xəbərlər